Gürcüstandan gələn şəxsin üzərində marixuana çıxdı

AZADİNFORM. Dövlət Gömrük Komitəsi (DGK) Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada xəttinə Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlama aparılıb. 

Bu barədə Azadinform-a DGK-dan məlumat verilib.

Məlumata görə, Yoxlama zamanı həmin şəxsin əynindəki şalvarın arxa cibindən bitki yarpağına bükülü vəziyyətdə, qablaşdırılması ilə birlikdə çəkisi təqribən 0.3 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

23.09.2017 14:58 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo