Şimşək çaxacaq, yağış yağacaq - Sabahın havası

Adəm Abbaslı/AZADİNFORM. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azadinform-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Abşeron yarımadasında gecə 18-22° isti, gündüz 27-31° isti, Bakıda gecə 19-21°, gündüz 29-31° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 35-40 % olacaq.

Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı gözlənilir.

23.09.2017 12:30 / Baxılıb: 179 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo