Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Bakıda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

Azadinform xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv Milli Gimnastika Arenasında Macarıstan yığmasını üstələyib – 3:0. Bununla da Azərbaycan millisi hesabına 3 xal yazıb.

Qeyd edək ki, Azərbaycan növbəti oyununu sentyabrın 24-də Polşaya qarşı keçirəcək. Milli Gimnastika Arenasında baş tutacaq matç saat 18:00-da start götürəcək.

A qrupu

Macarıstan – Azərbaycan 0:2 (24:25, 14:25, 16:25)

Bakı. Milli Gimnastika Arenası

22.09.2017 21:32 / Baxılıb: 53 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo