Türkiyə-Suriya sərhədində tikilən səddin inşası tamamlanır

Türkiyə Suriya ilə sərhəddə tikilən 828 kilometrlik modul səddin inşasını sentyabrın sonlarında başa çatdıracaq.

Azadinform Türkiyə KİV-inə istinadən xəbər verir ki, divarın tikintisinin başa çatmasına 97 km qalıb.

İnformasiyaya əsasən, hazırda tikinti işləri ölkənin cənubunda yerləşən Hatay əyalətində gedir. Bu ərazi dağlıq olduğundan işləri tez başa çatdırmaq nəzrərdə tutulub.

Qeyd edək ki, iki ölkə arasında sərhədin uzunluğu 911 km-dir. Onun 828 km-də beton divarı çəkmək planlaşdırılıb.

Məlumata görə, divar beton blokdan ibarətdir. Hər blokun çəkisi 7 ton, eni 2 metr, hündürlüyü isə 3 metrdir. Divarın tikilməsində əsas məqsəd Suriyadan terrorçuların və qaçaqmalçıların Türkiyə ərazisinə girməsinin qarşısını almaqdır. İki ölkə arasında sərhədin təhlükəsizliyini təmin etmək məqsədilə əlavə tədbirlər də görülüb. Bu məqsədlə sədd tikanlı məftillə gücləndirilib, orada müşahidə qüllələri quraşdırılıb və yaxınlıqda təcili reaksiya gücləri dislokasiya olunub.

22.09.2017 20:37 / Baxılıb: 52 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo