OPEC+ anlaşması ilə bağlı qərar təxirə salındı

"Neft hasilatının azaldılması ilə bağlı OPEC+ anlaşmasına dair yeni qərarın alınması noyabr ayında baş tuta bilər". 

Azadinform "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloxio del Pino bu gün Vyanada keçirilən OPEC+ Nazirlər Komitəsinin monitorinq iclasında deyib.

"Çox yaxşı nəticələr əldə edirik və bu onu göstərir ki, neft bazarı bərpa olunur. Noyabr ayında qərar verməyi düşünürük. Bütün opsiyaları qiymətləndiririk. Lazım gələrsə anlaşmanın prolonqasiyası qərarı alınacaq",- nazir qeyd edib.

Rusiyanın energetika naziri Aleksandr Novak isə açıqlamasında anlaşmanın uzadılması məsələsinə 2018-ci ilin yanvar ayından sonra baxmağın mümkünlüyünü söyləyib.  

22.09.2017 20:09 / Baxılıb: 50 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo