Açılış oyununda Rusiya Ukraynaya qalib gəldi

Qadın voleybolçular arasında Bakıda keçirilən Avropa çempionatının I turu çərçivəsində ilk oyun baş tutub.

Azadinform xəbər verir ki, Milli Gimnastika Arenasında Ukrayna və Rusiya yığmaları üz-üzə gəliblər. C qrupuna təsadüf edən görüşün taleyi "tay-breyk"də həll olunub. Matç ərzində hesabda iki dəfə önə keçməsinə baxmayaraq, Rusiya rəqibinə çətinliklə qalib gəlib – 3:2. Bu nəticədən sonra Rusiya 2, Ukrayna 1 xal toplayıb. 

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan yığması ilk oyunda Macarıstan millisi ilə qarşılaşacaq. Milli Gimnastika Arenasında keçiriləcək görüş saat 18:00-da start götürəcək.

Avropa çempionatı 

C qrupu, I tur 

Ukrayna – Rusiya 2:3 (18:25, 25:20, 23:25, 25:23, 13:15)

Milli Gimnastika Arenası

22.09.2017 19:28 / Baxılıb: 51 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo