"Sberbank" Türkiyədəki biznesini satmayacaq

Rusiya "Sberbank"ı Türkiyədəki biznesini satmağı düşünmür.

Azadinform "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Bankın Prezidenti və İdarə Heyətinin sədri German Qref bəyan edib.

G.Qref Türkiyənin dayanıqlı iqtisadi artım göstərdiyini və inkişaf perspektivləri gördüyünü bildirib.

Xatırladaq ki, "Sberbank"ı Türkiyədə "Dənizbank" təmsil edir və bu bank "Sberbank"ın xaricdə olan törəmə bankları arasında ən yüksək mənfəətə sahibdir. Xatırladaq ki, "Sberbank"ın Rusiya xaricində 22 ölkədə törəmə bankı mövcuddur.

Qeyd edək ki, bugünkü açıqlamalarında G.Qref "Sberbank" ona qarşı tətbiq edilən sanksiyalar səbəbindən bir sıra Avropa ölkəsində fəaliyyətini dayandırmağı planlaşdırdığını bildirib.

22.09.2017 19:16 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo