Kənd təsərrüfatı texnikasına 162 milyon manat güzəşt tətbiq olunub

Samir Soltanov/AZADİNFORM. İndiyədək 7980 elektron müraciət üzrə “Aqrolizinq” ASC-dən lizinqə götürülmüş 19976 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 162 milyon 176 min 59,42 manat məbləğində güzəşt tətbiq olunub. 

Kənd Təsərrüfatı Nazirliyindən Azadinform-a verilən məlumata görə, bu barədə nazir Heydər Əsədovun Salyanda “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşündə məlumat verilib. Tədbirdə Salyan, Cəlilabad, Biləsuvar, Neftçala, Astara, Yardımlı, Cəbrayıl, Masallı rayonlarından və Şirvan şəhərindən olan 69 istifadəçiyə lizinq yolu ilə verilmiş, ümumilikdə, 3 milyon 202 min 930 manat məbləğində 117 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 1 milyon 272 min 844 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb, o cümlədən güzəşt tətbiq edildikdən sonra 26 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib. Texnikalar Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb, müvafiq sənədlər vətəndaşlara təqdim olunub. Eyni zamanda, “Aqrolizinq” ASC əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.

22.09.2017 18:02 / Baxılıb: 45 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo