Gəncədə gənc sahibkar qadınlar üçün treninqlər keçirilib

Eşqin Nuruşov/AZADİNFORM. Ötən gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Regional Kollecində gənclər, bu gün isə “Sahibkar Qadınlar” İctimai Birliyi ilə birgə Gəncədə sahibkarlıq fəaliyyətinə yeni başlayan gənc qadınlar üçün treninqlər keçirilib.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, “Biznes ideyanı yarat”, “Biznes planların hazırlanması”, “Öz biznesinə başla” mövzularında keçirilən treninqlərdə iştirakçılara biznes-ideyanın yaradılması və həyata keçirilməsi yolları, biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, prioritet biznes istiqamətləri və s. barədə ətraflı məlumat verilib.

Tədbirlərdə iştirakçılar həmçinin, kiçik sahibkarlığın inkişafında biznes inkubatorların rolu, biznes inkubatorlarda tətbiq olunan güzəştlər, dövlət dəstəyi mexanizmləri və s. barədə məlumatlandırılıb.

Treninqlər çərçivəsində nazirlik tərəfindən göstərilən elektron xidmətlər barədə geniş məlumat verilib, mövzular üzrə təqdimatlar keçirilib.

22.09.2017 17:42 / Baxılıb: 52 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo