Azərbaycan Rusiyada Avrasiya ölkələrinin gənc liderlərinin forumunda təmsil olunur

Leyla Məhərrəmova / AZADİNFORM. Bu gün Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında Avrasiya ölkələrinin gənc liderlərinin forumuna start verilib.

Azadinform xəbər verir ki, tədbiri giriş sözləri ilə Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixayıl Şvıdkoy açaraq belə tədbirlərin xalqların inteqrasiyasındakı roluna toxunub. Tədbirdə Dövlət Dumasında MDB işləri üzrə komitənin üzvü Leonid Kalaşnikov, "Rossiya sevodnya" informasiya agentliyinin direktoru Andrey Blaqodirenko və digər qonaqlar çıxış edib.

Qeyd edək ki, forumda MDB-dən olan politoloqlar, jurnalistlər, elmi işçilər, ictimai – siyasi təşkilatların nümayəndələri iştirak edir. 

Forum çərçivəsində geniş maraq doğuran müxtəlif məsələlər müzakirə olunub. Bunlar sırasında imic və internet, media – səhnəsində yeni brendlərin qurulması, vətəndaş sosiallaşması, inteqrasiya problemləri və sair kimi suallara aydınlıq gətirilib. Tədbirdə Azərbaycanı təmsil edən gənclər fəallıqları ilə seçilib. Onlar öz çıxış və təqdimatlarında ölkədə reallaşan gənclər siyasətini, digər ölkələrdən olan həmkarlarına diqqətlərinə çatdırıb, Azərbaycanda keçirilən irimiqyaslı yerli və beynəlxalq tədbirlər haqqında məlumat veriblər.

Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov, İrəli İctimai Birliyinin beynəlxalq əlaqələr departamentinin sədri Anar Qurbanov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Nurxan Babayev, Bakı Gənclər Klubunun koordinatoru Sabir Rüstəmov iştirak edir.

22.09.2017 16:50 / Baxılıb: 298 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2017
    10.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo