"Ştuttqart klubunun bazasında bomba tapılıb 50 kq

Samir Soltanov/AZADİNFORM. Almaniyanın "Ştuttqart” klubunun məşq bazasında bomba tapılıb. 

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, meydançanın ot örtüyü dəyişdirilərkən II Dünya Müharibəsindən qalan bomba aşkarlanıb. Mütəxəssislər çəkisi 50 kq olan mərmini zərərsizləşdiriblər. 

Qeyd edək ki, 2009-cu ildə "Ştuttqart”ın ev oyunlarını keçirdiyi "Mercedes-Benz Arena”da yenidənqurma işləri aparılan zaman 34 bomba tapılıb.

22.09.2017 16:15 / Baxılıb: 47 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo