Bakıda yataqxanada baş verən yanğında polis komandiri zəhərlənib

Eşqin Nuruşov/AZADİNFORM. Daxili İşlər Nazirliyi Bakıda yataqxana binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, bu gün saat 10:00 radələrində Yasamal rayonundakı yataqxanaların birinin 3-cü mərtəbəsində yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları və polis əməkdaşları hadisə yerinə gəliblər. Yataqxanadakı sakinlərin yanğından xilas edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülüb.

Bina sakinlərinin təxliyəsi zamanı yanğınsöndürənlərlə birlikdə olan Əlahiddə Çevik Polis Alayının manqa komandiri, polis baş serjantı Tural Əliyev də fəallıq göstərib. Lakin o, tüstüdən zəhərlənərək 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. Polis baş serjantı T. Əliyevə tibbi yardım göstərilib. Onun vəziyyəti normaldır, hal-hazırda xəstəxanada müalicəsi davam etdirilir.

22.09.2017 15:50 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo