Ərdoğanın çıxışına etiraz edən 5 nəfər saxlanıldı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu Yorkdakı çıxışına etiraz edən 5 nəfər saxlanılıb.

Məlumata görə, R.T.Ərdoğan Türkiyə-ABŞ Milli Komitəsinin tədbirində çıxış edən zaman bir kişi "Sən terrorçusan. Mənim ölkəmdən rədd ol" deyə qışqırıb. Bundan sonra zalda dava düşüb.

Nyu York polisi 5 nəfərin saxlandığını, lakin onların həbs edilmədiyini bildirib. Xəsarət alan yoxdur.

Rəsmi Ankara insidentin ABŞ hakimiyyətinin təhlükəsizlik tədbirləri görməkdən imtina etməsinə görə baş verdiyini bəyan edib.

Türkiyə mətbuatı etiraz edənlərin PKK terror təşkilatının üzvləri olduğu yazır.

22.09.2017 09:55 / Baxılıb: 50 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo