Tramp sanksiyaları sərtləşdirdi

ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə ticarət əlaqəsi saxlayan şirkətlər və fiziki şəxslərə qarşı sanksiyaları sərtləşdirib.

Azadinform-un “Reuters”-ə istinadən verdiyi xəbərə görə, yeni sanksiyalar gəmiçilik və digər şirkətlər də daxil olmaqla, KXDR-lə ticarət əlaqəsi olan təşkilatlar və şəxslərin “qara siyahı”ya salınmasını nəzərdə tutur.

Məlumata görə, bu addımlar Pxenyanın nüvə və raket proqramı məsələsində təzyiqin artırılmasına və bu proqramların maliyyə mənbələrinin qarşısının alınmasına hesablanıb.  

21.09.2017 23:37 / Baxılıb: 50 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo