Xorvatiyalı futbolçuda dopinq aşkarlandı

“Şaxtyor”un Çempionlar Liqasında “Napoli” ilə oyundan sonra edilən dopinq testdən sonra ukraynalılar üçün problem yaranıb.

Azadinform xəbər verir ki, Donetsk təmsilçisinin təcrübəli müdafiəçisi Dario Srnanın test nəticələri müsbət çıxıb.

Məlumata görə, xorvatiyalı oyunçu ikinci dəfə testdən keçiriləcək və buna görə də alacağı cəza bəlli olacaq.

Qeyd edək ki, Srnanın kapitan kimi 90 dəqiqə meydanda olduğu oyunda “Şaxtyor” öz meydanında “Napoli”ni 2:1 hesabı ilə məğlub etmişdi.

21.09.2017 21:57 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo