İraqda sünni və şiələrdən ortaq qərar

İraqda Milli Koalisiya hökumətinin ən böyük sünni qrupu - İraq Milli Koalisiyası və ən böyük şiə qrupu - İraq Qüvvələr Birliyi İraq Kürd Regional Rəhbərliyinin 25 sentyabrda keçirməyi planlaşdırdığı referendum qərarını rədd ediblər.

Azadinform TRT-yə istinadən xəbər verir ki, bu barədə qərar hər iki qrupun rəhbərləri arasında keçirilən görüşdə alınıb.

Şiə və sünni koalisiyaları həmçinin Bağdadla Ərbil arasında da dialoqa yenidən başlanması barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, bütün təzyiqlərə baxmayaraq İraq Kürd Regional Hökumətinin başçısı sentyabrın 25-də referendum keçiriləcəyini açıqlayıb.

21.09.2017 21:46 / Baxılıb: 47 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo