"Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər"

"Mən Amerikadan bu gün gəlmişəm. İki gün əvvəl Los-Ancelesdəki konsulluğumuzdan mənə dedilər ki, Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər". 

Bunu dünya şöhrətli alim Lütfizadənin yaxın qohumu, xalq artisti, rejissor Cənnət Səlimova deyib. Onun sözlərinə görə, alimin cənazəsinin gətirilməsi sənədləşmə məsələsində görə ləngiyir: "Hazırda bu məsələ müzakirə olunur. Hər halda, mənim bildiyim odur ki, bu proses yeddi gün, bəlkə də on gün çəkdi. Sizə dəqiq heç nə deyə bilmirəm. Çünki ola da bilər, yeddi-səkkiz günə yox, cənazəni dörd-beş günə gətirsinlər", - deyə, C. Səlimova qeyd edib. (apa)

21.09.2017 21:08 / Baxılıb: 48 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo