62 yaşlı kişi özünü su kanalına ataraq intihar edib

Göyçay rayonunda intihar olub.

Hadisə bu gün axşam saatlarında Göyçayın İnçə kəndində baş verib.

Kənd sakini, 1955-ci il təvəllüdlü Səmədov Səməd Əvəz oğlu yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Axtarış zamanı məlum olub ki, S. Səmədov özünü evin yaxınlığından keçən Yuxarı Şirvan kanalına atıb.

Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (apa)

21.09.2017 20:54 / Baxılıb: 48 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo