Tbilisidə azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirilib

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyatları davam etdirir.

Bu gün keçirilmiş əməliyyat nəticəsində narkotik cinayətkarlığında şübhəli bilinən bir nəfər saxlanılıb. Saxlanılan şəxsin günahı sübut olunarsa, onu 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, Poniçalada son günlər keçirilmiş xüsusi əməliyyatlar nəticəsində narkotik cinayətkarlığına görə 3 nəfər, ötən ay isə 6 nəfər saxlanılıb. (apa)

21.09.2017 20:21 / Baxılıb: 41 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo