Tramp Şimali Koreyaya qarşı sanksiyanın tətbiqinə hazırlaşır

ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı mühüm sanksiyaların tətbiqinə hazırlaşır.

Azadinform-un “İndependent” nəşrinə istinadən verdiyi xəbərə görə, Ağ evin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri CNN-ə bildirib ki, Donald Tramp Yaponiya baş naziri Şinzo Abe və Cənubi Koreya prezidenti Moon Jae-i ilə görüşü zamanı sanksiyalar barədə məlumat verəcək. 

“Prezident yaxın müttəfiqlərimiz Yaponiya və Cənubi Koreya rəsmiləri ilə görüşdə bu problemin həlli üçün səylərimizin davam etdirilməsi barədə danışacaq və yeni sanksiyalar barədə elan verəcək”, - deyə o əlavə edib. 

Sanksiyaların nədən ibarət olacağı barədə hələlik bilgi yoxdur.

21.09.2017 20:09 / Baxılıb: 68 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo