ÜTT 2017-ci ildə qlobal ticarət həcmindəki artım ilə bağlı proqnozunu yaxşılaşdırıb

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 2017-ci ildə qlobal ticarət həcmindəki artımla bağlı proqnozunu 2,4%-dən 3,6%-ə yüksəldib. 

Azadinform Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib. 

ÜTT-in hazırladığı proqnoz hesabatında qeyd olunub ki, bundan əvvəlki hesabatda dünya iqtisadiyyatında yüksək qeyri-müəyyənlik ehtimalı əks etdirilsə də, yeni hesabatda Asiya ölkələrinin bir-bir ilə, eləcə də Şimali Amerika ilə ticarət fəallığının artdığı vurğulanıb. Qurumda hesab edirlər ki, qlobal ticarətin həcmi daha da arta bilər. ÜTT 2017-ci il üçün artım göstəricisinin 3,2-3,9% diapazonunda dəyişəcəyini də istisna etməyib. Bu, bəzi ölkələrin ticarət siyasətində dəyişikliklərin olması ehtimalı və geosiyasi risklərlə bağlıdır. 

Qeyd edək ki, təşkilat 2018-ci ildə qlobal ticarətin həcminin 3,2%, dünya üzrə ümumi daxili məhsulun isə 2,8% artacağını proqnozlaşdırır. 

21.09.2017 19:17 / Baxılıb: 64 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo