Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası XİN rəhbərlərinin qeyri-rəsmi iclası olub

Samir Soltanov/AZADİNFORM. BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası xarici işlər nazirlərinin qeyri-rəsmi iclası keçirilib. 

Xarici İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Ramil Həsənov təşkilatın gündəliyində duran cari məsələlər haqqında məlumat verib. 

İclasda çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığın və dayanıqlı siyasi dialoqun gücləndirilməsində TDƏŞ-in oynadığı xüsusi rolunu qeyd edib. 

Görüşdə TDƏŞ-in yüksək səviyyəli görüşlərinin keçirilməsi, müvafiq sənədlərin ratifikasiyası, TDƏŞ-in BMT Baş Assambleyasında Müşahidəçi statusu və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı, təşkilat çərçivəsində sahəvi əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. 

E. Məmmədyarov eyni zamanda Türk Şurası və Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Ankarada beynəlxalq konfransın təşkil edilməsinə görə TDƏŞ-in katibliyinə təşəkkür edib və sözügedən tədbirdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun məzmunlu çıxışını yüksək qiymətləndirib.

21.09.2017 18:55 / Baxılıb: 47 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo