SOCAR Midstream Operations MMC-nin əməkdaşları Səngəçal terminalında olublar

Samir Soltanov/AZADİNFORM. SOCAR Midstream Operations MMC-nin əməkdaşları Səngəçal terminalına səfər ediblər. 

SOCAR-dan Azadinform-a verilən məlumata görə, beynəlxalq neft və qaz boru kəmərləri layihələrində təmsilçilik, idarəetmə və operatorluq xidmətlərinin göstərilməsi məqsədi ilə yaradılmış SOCAR Midstream Operations MMC (SMO) törəmə müəssisəsi Cənub Qaz Dəhlizi layihələrinin icrasını diqqət mərkəzində saxlayır. 

MMC-nin İdarəetmə, SƏTƏM və Texniki sahələr üzrə mütəxəssisləri bu günlərdə Səngəçal terminalının “Şahdəniz-2” layihəsi çərçivəsində genişləndirilən sahəsində olublar. Görüş zamanı BP şirkətinin “Şahdəniz-2” layihəsi üzrə nümayəndələri layihənin gedişatı haqqında təqdimat keçirib, SMO-nun mütəxəssislərinin suallarını cavablandırıblar. 

Təqdimatdan sonra SMO-nun mütəxəssisləri layihə çərçivəsində Səngəçal terminalının genişləndirilməsi üzrə işin gedişatı ilə yerində tanış olublar. Müəyyən edilib ki, Səngəçal terminalının genişləndirilməsi üzrə tikinti və quraşdırma işləri yüksək templə davam etdirilir. Belə ki, 2017-ci ilin sentyabr ayı üçün tikinti və quraşdırılma işləri üzrə 99.8% göstərici əldə edilib. Hazırda Rezervuar parkı istisna olmaqla bütün əsas və köməkçi texnoloji sahələrdə işlər tamamlanma mərhələsindədir. Layihə üzrə görülən tamamlanma işləri qrafikə uyğun davam etdirilir.

21.09.2017 18:50 / Baxılıb: 81 / Çap
 
    Bu bölmədə
    16.12.2017
    Neft ucuzlaşıb
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo