Dövlət başçısı Mali prezidentini təbrik edib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Mali Respublikasının prezidenti Zati-aliləri İbrahim Bubakar Keytaya təbrik məktubu ünvanlayıb. 

Azadinform xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Mali Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Mali əlaqələri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq genişlənəcək və inkişaf edəcəkdir. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram”.

21.09.2017 18:05 / Baxılıb: 52 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo