Homoseksual evliliyə qarşı çıxan sabiq Baş nazir döyüldü

Samir Soltanov/AZADİNFORM. Avstraliyanın sabiq Baş naziri Tony Abbotta qarşı hücum olub. 

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tazmaniya əyalətində hücuma uğrayan Baş nazir yüngül yaralanıb. Məlumata görə T. Abbotta hücumun səbəbi Avstraliyada homoseksual evliklərin qanuniləşməsi üçün təşkil edilən referendumda "xeyr" səsini verəcəyini açıqlaması olub. T. Abbott Tazmanya əyalətində qaldığı otelə gedərkən homoseksual evliliklərin qanuniləşməsini istəyən bir şəxs tərəfindən hücuma məruz qalıb. Sabiq Baş nazir “2GB” radiosuna verdiyi açıqlamada bildirib ki, qaldığı otelə geri dönərkən əynində “bəli” yazılmış gödəkcə geyinən bir şəxs onunla görüşmək bəhanəsi ilə yaxınlaşıb: “Mənə vurmaq üçün kəllə atdı. Dodağımdan yaralandım. Dodağım bir az şişdi. Bu, səs vermənin nə qədər çirkinləşdiyinin bir göstəricisidir. Daha sonra hücum edən şəxs məni söyərək qaçdı”. 

Qeyd edək ki, sabiq Baş nazir və iqtidarda Liberal Partiyadan seçilən millət vəkili Tony Abbott avstraliya xalqını hökumətin homoseksual evliliklərin qanuniləşdirilməsi kampaniyasına "xeyr" olaraq səs vermələrini çağırıb. Federal hökumət məsələ ilə bağlı xalqın fikirlərini öyrənmək üçün 12 sentyabr-7 noyabr tarixləri arasında evlərə məktublar göndərir. Məktublara verilən cavablara əsasən 25 noyabrda müsbət və ya mənfi qərarın verilməsi elan ediləcək. 

21.09.2017 17:05 / Baxılıb: 315 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2017
    10.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo