Prezidentin Ermənistana mesaj verməsi Assambleyasının ən vacib məsələlərindən sayıla bilər

Leyla Məhərrəmova / AZADİNFORM. Azərbaycan prezidenti İlham Əliyevin BMT tribunasındakı çıxışı Azərbaycanın beynəlxalq birlik qarşısında təqdimatı idi. Orada Azərbaycanın müstəqillik dövründə qazandığı nailiyyətlər, son 14 ildə sosial-iqtisadi  inkişaf sahəsində əldə etdiyi uğurlar konkret faktlarla sadalandı.

Bu fikirləri  Azadinform-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib. O qeyd edib ki, qısa müddətdə Azərbaycanda ÜDM-in, valyuta ehtiyatının artması dünya üçün yaxşı nümunə idi: “Bu Azərbaycan standartlarının artıq dünyada qəbul edildiyini göstərir”. 

Deputat vurğulayıb ki, Prezident çıxışında Azərbaycanın ağrılı məsələsi torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktına toxundu: “Ermənistanın beynəlxalq hüququ saymaması, Xocalı faciəsini törətməsi, cəbhə xəttinə yaxın ərazidə yaşayan əhaliyə qarşı apardığı siyasət konkret faktlarla ifşa edildi. Azərbaycan prezidentinin dedikləri ilə dünya ictimaiyyəti əsasən tanış idi. Keçirilən beynəlxalq tədbirlər, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu iqtisadi layihələr Azərbaycanı dünyada etibarlı tərəfdaş kimi tanıdıb”. A. Mirzəzadə bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktına dünya ictimaiyyəti tərəfindən çoxdan siyasi qiymət verilib. O qeyd edib ki, Ermənistan prezidentinin ritorika və bəlağət dolu çıxışından fərqli olaraq Azərbaycan prezidentinin çıxışı çox ciddi və kifayət qədər təsirli idi: “Prezidentin ötən ilin aprel hadisələrin xatırlatması, Ermənistana ciddi mesajları verməsi BMT Baş Assambleyasının ən vacib məsələlərindən biri sayıla bilər. Ermənistan ciddi mesaj aldı ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalı, təxribatlara son qoymalıdır. Əks halda bu təxribatlara növbəti dəfə aprel hadisələrində olduğu kimi çox ciddi cavab veriləcək”.

21.09.2017 16:50 / Baxılıb: 330 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo