Nazirlər Kabinetinin iki şöbəsinə yeni müdirlər təyin edilib

Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi Komissiyasının üzvlərinin siyahısında dəyişiklik edilib. 

Məlumata görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının strukturunun təsdiq edilməsi haqqında" fərmanının icrası ilə əlaqədar “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında və sərəncamlarında dəyişikliklər edilməsi barədə” qərarda əksini tapıb.  

Ləğv edilən Nazirlər Kabineti Aparatının nəqliyyat və rabitə şöbəsinin müdiri olmuş Elşən Hacızadə, Nazirlər Kabineti Aparatının hərbi və inzibati orqanlar şöbəsinin müdiri olmuş Elman Gərayzadə Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi Komissiyasının üzvlərinin siyahısından çıxarılıb, onlar müvafiq olaraq Nazirlər Kabineti Aparatının kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri təyin edilmiş Şahin Salahov və  Nazirlər Kabineti Aparatının təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri təyin edilmiş Qulu İmanquliyevlə əvəzlənib. (apa)

21.09.2017 16:10 / Baxılıb: 47 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo