Prezident İlham Əliyev hadisələrin dəqiq anatomiyasını cızmağa çalışdı

Leyla Məhərrəmova / AZADİNFORM. Ermənistan prezidenti Serj Sarkisyan BMT tribunasında çıxışı zamanı hadisələri ermənilərə məxsus bir formada təhrif etdi, dünya ictimaiyyəti və sessiyada iştirak edən liderləri aldatmağa çalışdı. Bu ermənilərin hər zaman istifadə etdiyi bir taktikadır.

Bu fikirləri Azadinform-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib. O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev isə qısa müddət ərzindəki çıxışı zamanı baş verən hadisələrin dəqiq anatomiyasını cızmağa çalışdı. Politoloq deyib ki, Azərbaycan prezidenti ermənilərin təcavüzkar olduğunu, Xocalı soyqırımını törətdiyini və hətta Sarkisyanın soyqırıma başçılıq etdiyini, Ermənistan-Azərbaycan müharibəsinin bütün nüanslarını dünya ictimaiyyətinin diqqətinə çatdıra bildi: “Hesab edirəm ki, bu proses Dağlıq Qarabağ münaqişəsinin həllinə tam yardımçı olmasa da, maarifləndirmə baxımından böyük əhəmiyyətə malik oldu. Dünya liderləri isə prosesləri dərk etməyə imkan tapdılar”.

21.09.2017 15:45 / Baxılıb: 63 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo