Prezident xəbərdarlığını ona görə səsləndirdi ki, ...

Leyla Məhərrəmova / AZADİNFORM. Ermənistan prezidenti Serj Sarkisyanın BMT Baş Assambleyasındakı nataraz və hücum xarakterli çıxışı gözlənilməz olmadı. Əslində əgər o, daha konstruktiv yanaşmalar ifadə etmiş olsaydı, bu əsl sensasiya sayıla bilərdi.

Bu fikri Azadinform-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O qeyd edib ki, Ermənistan dünya çapında bərqərar olmuş cərəyanlardan kənara düşüb və onu ağır vəziyyətdən qurtarmaqdan ötrü yollar aramaq lazımdır, səlis və sağlam qonşuluq siyasətinə üz tutmaq vacibdir: “Əgər rəsmi İrəvan bunu etmirsə, deməli onun bəd və idbar niyyətləri qüvvəsindədir və bu minvalla Sarkisyan komandası yenə təhlükələr ifraz edəcək”.

Politoloq vurğulayıb ki, Azərbaycan buna hazırdır və lazımi tədbirləri görməkdə davam edir: “İndi vacibdir ki, BMT və digər beynəlxalq institutlar mövcud vəziyyətdən nəticə çıxarsınlar”.

T. Abbasov əlavə edib ki, Prezident İlham Əliyev çıxışı zamanı öz xəbərdarlığını ona görə səsləndirdi ki, məhz dünya birliyini qaçılmaz tədbirlər görməyə sövq etsin: “Əgər BMT TŞ-ı heç bir iş və ya tədbir görməsə, onda vəziyyətin daha da kəskinləşəcək”.

21.09.2017 15:03 / Baxılıb: 241 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo