Avtomobildə mobil telefonlar aşkarlanıb

Eşqin Nuruşov/AZADİNFORM. Ölkəyə qanunsuz olaraq telefon keçirilməsinin qarşısı alınıb. 

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin salonunda, torpedanın içərisində 6 ədəd "Samsung J3-6" markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

21.09.2017 12:40 / Baxılıb: 43 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo