Ərdoğan sentyabrın 28-də Putinlə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 28-də rusiyalı həmkarı Vladimir Putin ilə görüşəcək.

Azadinform-un “Anadolu”-ya istinadən verdiyi xəbərə görə, bunu Ərdoğan Nyu-Yorkda keçirilən işgüzar forumda bəyan edib.

“Gələn bazar ertəsi cənab Putin ilə telefon bağlantımız olacaq, sentyabrın 28-də isə birgə şam edəcəyik. Bütün baş verənləri müzakirə edəcəyik, o cümlədən Suriyanı”, deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti görüşün keçirləcəyi məkanın adını açıqlamayıb.

20.09.2017 23:58 / Baxılıb: 54 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo