Bakıda "Caspian Energy Transport Forum" keçirilib

Bu gün Bakıda nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı ilə "Caspian European Club" və "Caspian American Club" tərəfindən təşkil olunmuş "Caspian Energy Transport Forum" xüsusi sessiyasında nəqliyyat sektoru ilə bağlı əsas məsələlər və problemlər müzakirə olunub.

Azadinform xəbər verir ki, R.Quluzadə iştirakçılara nəqliyyat sektorunun gələcək inkişafı istiqamətində görülən tədbirlər, müvafiq infrastrukturun təkmilləşdirilməsi, planlar və perspektivlər barədə məlumat verib. Ramin Quluzadənin fikrincə, hazırda Azərbaycanın nəqliyyat-yol kompleksinin potensialını gücləndirərək regionda əsas nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı imkanlar mövcuddur.

Görüşdə həmçinin özəl sektorla əməkdaşlığın genişləndirilməsi qeyd olunub, o cümlədən "Caspian European Club" və "Caspian American Club"un üzv şirkətlərini maraqlandıran məsələlər müzakirə olunub.

"Caspian European Club" və "Caspian American Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev isə deyib ki, bu il dekabrın 8-də Şimali və Cənubi Amerika, həmçinin Xəzər-Qara dənizi, Aralıq dənizi və Baltik regionu ölkələrini təmsil edən şirkətlərin 300-dən artıq iştirakçının qatılacağı “Caspian American Forum Baku – 2017” keçiriləcək. Həmçinin 2018-ci ilin martında Gürcüstan və Azərbaycan Respublikası hökumətlərinin, həmçinin "Caspian European Club"un dəstəyi ilə V beynəlxalq “Caspian Energy Forum” keçiriləcək. Forumun açılışında Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin iştirakı planlaşdırılır. 

20.09.2017 22:26 / Baxılıb: 57 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo