Pakistandan olan nümayəndə heyəti Azərbaycanda səfərdədir

AZADİNFORM. Azərbaycanda rəsmi səfərdə olan Pakistan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyev və görkəmli alim, oftalmoloq Zərifə xanım Əliyevanın məzarlarını, eləcə də Şəhidlər Xiyabanını ziyarət edib, gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.

Bu barədə Azadinform-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib. 

Azərbaycan müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov Pakistan Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sohail Amanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı iki ölkənin Hərbi Hava Qüvvələri arasında hərbi, hərbi təhsil və hərbi-texniki əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb. 

20.09.2017 19:17 / Baxılıb: 45 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo