Avropa Liqasının final matçı Bakıda keçiriləcək

2018-2019 mövsümündə futbol üzrə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək. 

Azadinform-un "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Çempionlar Liqasının final görüşü isə İspaniyanın Madrid şəhərində yerləşən "Metropolitano" stadionunda baş tutacaq. 

UEFA prezidenti Aleksander Çefer Rəsmi qərarı saat 19:30-da keçirəcəyi mətbuat konfransında açıqlayacaq.

Qeyd edək ki, təməli 2011-ci il iyunun 6-da qoyulmuş BOS-un açılış mərasimi 2015-ci il martın 6-da keçirilib. UEFA-ya göndərilmiş sifariş ərizəsində stadionun tamaşaçı tutumu 70 055 nəfər göstərilib. 

20.09.2017 19:06 / Baxılıb: 63 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo