Ermənistan işğal olunmuş Azərbaycan ərazilərdəki bütün məscidlərimizi dağıdıb

Samir Soltanov/AZADİNFORM. “Azərbaycan BMT-nin aktiv üzvüdür. 2012-ci ildə Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvü seçilib”. 

Azadinform xəbər verir ki, bunu Prezident İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, 25 illik tarixi olan bir ölkə üçün bu böyük uğur idi: “Üzv ölkələrin böyük əksəriyyəti Azərbaycan və onun siyasətinə dəstək göstərdilər. Azərbaycan stabil, modern, demokratik ölkədir: “Demokratiyanın inkişafı, insan haqlarının müdafiəsi hökumətimizin əsas prioritetləri sırasındadır. Azərbaycanda fikir, söz, sərbəst toplaşma və dini azadlıqlar da daxil olmaqla bütün fundamental azadlıq tam təmin edilir. Azərbaycan dünya tərəfindən multikulturalizmin mərkəzi kimi tanınmış ölkələrdən biridir. Bu, Azərbaycanın dövlət siyasətidir. Bütün etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh və harmoniya şəklində yaşayır. 2016-ci il Azərbaycanda multikulturalizm, 2017-ci il isə İslam həmrəyliyi ili elan olunub. Demək olar ki, heç milli azlığın yaşamadığı Ermənistandan fərqli olaraq, Azərbaycan multietnik ölkədir. Ermənistanda islamofobiya pik həddə çatıb. Bu ölkə vandalizm aktları həyata keçirərək, işğal olunmuş Azərbaycan ərazilərdəki bütün məscidlərimizi dağıdıb”.

20.09.2017 18:30 / Baxılıb: 248 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo