Dövlət başçısı Malta prezidentini təbrik edib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Malta Prezidenti Mari-Luiz Koleyro Prekaya təbrik məktubu göndərib. 

Azadinform xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli xanım Prezident, Malta Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Malta münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

20.09.2017 18:16 / Baxılıb: 54 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo