Nazir səfərbərlik və ehtiyat üçün yaradılmış birlik və birləşmələri yoxlayıb

Eşqin Nuruşov/AZADİNFORM. Müdafiə Nazirliyinin rəhbərliyi döyüş əməliyyatları vaxtı qısa zamanda açılaraq tətbiq olunması üçün nəzərdə tutulmuş birlik və birləşmələrin səfərbərlik ehtiyatlarının hazırlıq səviyyəsini yoxlayıb.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, nazir, general-polkovnik Zakir Həsənov genişmiqyaslı təlimlərdə iştirak edən qoşunların komplektləşdirilməsi, döyüş uzlaşması, ştat quruluşu və döyüş imkanları barədə müxtəlif səviyyəli komandirlərin məruzələrini dinləyib.

Ehtimal olunan müharibə dövrü də diqqətə alınmaqla səfərbərlik üçün nəzərdə tutulmuş müxtəlif hərbi hissələrin saxlanclarında qorunan döyüş texnikaları, artilleriya qurğuları, eləcə də eşalonlaşdırılmış ehtiyat sursat, mərmilər və digər maddi-texniki vəsaitlərin anbarlarına baxış keçirilib.

Nazir saxlanmaya qoyulmuş hərbi texnikaların döyüşə hazırlıq səviyyəsini, onların imkanları və effektiv istifadəsini yoxlayıb.

Z. Həsənov həmçinin təlimlərdə iştirak etmək üçün ehtiyatdan çağırılan şəxsi heyətin, texnikaların qəbulu və komplektləşdirilməsi məntəqələrinin fəaliyyəti ilə tanış olub, müvafiq vəzifəli şəxslərin məruzələrini dinləyib və tapşırıqlarını verib.

Nazir şəxsi heyətin hazırlığını, təşkilat və idarəetmə bacarığını, eləcə də səfərbərlik üçün nəzərdə tutulmuş və qısa müddətli saxlanmaya qoyulan döyüş texnikası, silah sursatların texniki vəziyyətini yüksək qiymətləndirib.

20.09.2017 16:02 / Baxılıb: 51 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.10.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo