Bakıya gələcək erməni deputatların adları bəlli oldu

Leyla Məhərrəmova / AZADİNFORM. Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri, eləcə də parlamentin Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və nümayəndə heyətinin üzvü Mane Tandilyan sentyabrın 21-də Bakıya səfər edəcək.

Azadinform armenpress-ə istinadən xəbər verir ki, bu barədə A. Aşotyan “Facebook”-da yazıb.

Qeyd edək ki, erməni deputatlar Avronest PA-nın Şərq Tərəfdaşlığı ölkələrində qadın sağlamlığı və gender bərabərliyinin inkişafına həsr etdiyi konfransa qatılmaq üçün Bakıya gəlir. Adıçəkilən konfrans sentyabrın 22-də baş tutacaq. 

Bu konfransa həmçinin beynəlxalq təşkilatlar və diplomatik korpusların da nümayəndələri qatılacaq.

20.09.2017 15:36 / Baxılıb: 326 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo