Almaniya mətbuatı Merkeli sərt şəkildə tənqid etdi

Samir Soltanov/AZADİNFORM. Almaniya hökumətinin son olaraq PKK tərəfdarlarına Kölndə düzənlənən sözdə festivalda terror təbliğatına icazə verməsi, Almaniyanın Türkiyədəki səfiri Martın Erdmannın Xarici İşlər Nazirliyinə çağırılması 2 ölkə arasındakı əlaqələrin yenidən gərginləşməsinə gətirib çıxardıb. 

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK və FETÖ tərəfdarlarına qucaq açan Angela Merkel hökuməti, Almaniya mətbuatının hədəfinə tuş gəlib. Almaniyanın “Bild” qəzetində yazılan köşə yazısında PKK tərəfdarlarının təbliğatı sərt şəkildə tənqid olunub. Yazıda bildirilir: “Kürd İşçi Partiyası PKK bir terror təşkilatıdırmı? Bəli! Öcalanın portreti yalnız sarı rəng üzərində olmalıdır. Kürd bayrağı üzərində olması qadağandır. Kölndə isə kürdlər başqa rənglər seçdilər. Bu absurddur və Türkiyə hökumətinə etiraz üçün təşkil edilən festival yersizdir. Türkiyədən hüquqi dövlət olmalarını tələb edən Almaniyanın bu qədər asan şəkildə özünü pərt etməyi yol verilməzdir”. 

Mövzuya bağlı Almaniyanın ən ciddi qəzetlərindən “Süddeutsche” isə Federal Məhkəmənin PKK-nı terror təşkilatı olaraq tanımasına baxmayaraq, festivalın keçirilməsinə göz yumduğunu bildirdi və təhlükəsizlik güclərini sərt şəkildə tənqid etdi. 

Qeyd edək ki, bundan başqa, Merkel hökumətini “Badische Neueste Nachrichten” qəzeti, “Straubinger Tagblatt” qəzeti və “Nürnberger Nachrichten” qəzeti sərt şəkildə tənqid edib. 

20.09.2017 15:42 / Baxılıb: 68 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo