Prezident: Bəşər Əsəd düşmənim deyil, amma cəzalandırılmalıdır

Ləman Hüseynzadə / AZADİNFORM. Fransa prezidenti Emmanuel Macron BMT Baş Assambleyasında təşkil olunan mətbuat konfransında Suriyada baş verən prosesləri qiymətləndirib.

Azadinform xəbər verir ki, Macron 2011-ci ildən etibarən Əsədin hakimiyyətdən getməsinin şərti olduğunu, amma göstərilən səylərin nəticəsiz qaldığını söyləyib: “Bundan sonrakı illərdə “pragmatik bir yanaşma” lazımdır. Mənim Suriyadakı düşmənim Bəşər Əsəd deyil, İŞİD-dir. Çünki Fransaya hücum edən Əsəd yox, onlar idi. Əsəd Suriya xalqının düşməni olduğu üçün və onlara qarşı etdiyi cinayətlərə görə cəzalandırılmalıdır. Amma gedib-getməyəcəyinə Suriya xalqı qərar verməlidir. Biz Əsədin getməyinə görə yox, Suriyanın sərbəst seçim etməsini təmin edəcək bir siyasi proses üçün çalışmalıyıq”.

20.09.2017 13:38 / Baxılıb: 429 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo