Referendum regionda etnik və məzhəbsəl konfliktlərin yaranmasına səbəb olacaq

Leyla Məhərrəmova / AZADİNFORM. “Sentyabrın 25-də Şimali İraqda kürdlər tərəfindən keçiriləcək referendum bölgədə vəziyyətin qeyri-stabil olmasına şərait yaradacaq”.

Bu fikri Azadinform-a açıqlamasında Türkiyədən olan siyasi ekspert Cağatay Balcı bildirib. O qeyd edib ki, nəticədə regionda bir çox etnik və məzhəbsəl konfliktlər  yaranacaq: “Başda Türkiyə olmaqla bir çox dövlətlərin sərhəd təhlükəsizliyi üçün təhdidlər yaranacaq”.

Ekspert vurğulayıb ki, İran referendumun əleyhinə olsa da, məsələ İraqın parçalanmasına gəldikdə İran İraqda özünə bağlı şiə muxtariyyəti yaratmağa çalışacaq: “Hesab edirəm ki, İsrail Kürd dövlətini dəstəkləyəcək. Suriyadakı PYD-PKK qrupu da müstəqillik istəyəcək”. 

Balcının sözlərinə görə, nəticə etibarilə bölgənin strukturunu sarsıdacaq referendumu qarşı Türkiyə bütün tədbirləri görəcək.

20.09.2017 12:30 / Baxılıb: 178 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo