7 min manatlıq qızıl oğurlayan Bakı sakini tutulub

Adəm Abbaslı/AZADİNFORM. Bakıda mənzildən 7 min manatlıq qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də rayon ərazisindəki evlərdən birindən 7000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Süleymanov tutulub.

20.09.2017 12:36 / Baxılıb: 53 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo