"Meksikadakı zəlzələdə xəsarət alanlar arasında azərbaycanlı yoxdur" - Rəsmi

Meksikada baş vermiş zəlzələ nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bunu Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, zəlzələdən dərhal sonra səfirlik bu ölkədə yaşayan və diplomatik missiyada qeydiyyatda olan bütün vətəndaşlarla əlaqə saxlayıb.

Məlum olub ki, zəlzələ nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

H. Hacıyev bildirib ki, hər hansı bir fövqəladə hal baş verdikdə Azərbaycan vətəndaşları yaşadıqları ölkədə fəaliyyət göstərən səfirliklərə müraciət edə bilərlər.

Qeyd edək ki, bu gecə Meksikada 7,1 bal gücündə güclü zəlzələ baş verib. (Trend)

20.09.2017 09:20 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo