Meksikada zəlzələdə ölənlərin sayı 226 nəfərə çatıb - YENİLƏNİB

Meksikada zəlzələ qurbanlarının sayı 226 nəfərə çatıb.

Bu barədə Meksikanın Xilasetmə Xidmətinə istinadən məlumat verilir. Bundan əvvəl ölənlərin sayının 149 nəfər olduğu bildirilirdi.

Dağıntılar altında qalanlar var.

Qeyd edək ki, ötən gün Meksikanın Puebla de Saraqosa şəhəri yaxınlığında 7,1 bal gücündə zəlzələ baş verib.


***


09:10


Meksikada baş verən dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 149 nəfərə çatıb.

RİA Novosti-nin yaydığı məlumata görə, bu haqda ölkənin xilasetmə xidmətinin başçısı Felipe Punte Twitter səhifəsində yazıb.

55 nəfər Morelos, 32 nəfər Puebla, 10 nəfər Mexiko və 3 nəfər Qerrero ştatlarında ölüb. Daha 49 nəfər isə ölkənin paytaxtı Mexiko da həlak olub.

Qeyd edək ki, Meksikanın Puebla de Saraqosa şəhəri yaxınlığında 7,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar UTC vaxtı ilə saat 18:14-də baş verib. Zəlzələ Puebla de Saraqosa şəhərindən 49 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 60 km dərinlikdə olub.

20.09.2017 10:10 / Baxılıb: 44 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo