Tramp: "İran sülhü pozan davranışları davam etdirir"

ABŞ prezidenti Donald Tramp İranla nüvə razılaşmasını yenə tənqid edib.

Azadinform-un xəbərinə görə, BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edən D.Tramp İranla imzalanmış razılaşmanı ABŞ üçün rüsvayçı adlandırıb.

“İran sülhü pozan dağıdıcı davranışlarını davam etdirir və beynəlxalq ictimaiyyət onu dayandırmalıdır”, - deyə, o əlavə edib. D. Tramp İrandakı rejimi demokratiya arxasında gizlənən korrupsiyalaşmış diktatura adlandırıb.

ABŞ prezidenti çıxışında Şimali Koreya, Suriya, Kuba, Venesuela rejimlərini də hədəf alıb. O, Şimali Koreyanı məhv etmək gücündə olduqlarını, lakin problemin siyasi yolla həllini istədiklərini söyləyib. D. Tramp Venesuelada demokratiyanı bərpa etmək üçün əllərindən gələni edəcəklərini vurğulayıb.

19.09.2017 19:57 / Baxılıb: 59 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2017
    9.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo