"İrma" və "Mariya" ilə əlaqədar reyslər təxirə salınıb

Fransanın "Air France" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar ölkənin dənizaşırı ərazilərinə reysləri təxirə salıb. 

Məlumata görə, bu barədə aviaşirkətin saytında xəbər yerləşdirilib.

Məlumatda bildirilir: "İrma" qasırğası ilə əlaqədar aviaşirkətin regionda işi pozulub. Hazırda Sen-Marten adasına və əksinə reyslərimiz sentyabrın 30-a qədər təxirə salınb".

Eləcə də aviaşirkət bu gün Puent-a-Pitr və Qvadelupe şəhərlərinə reyslərin ləğv olunması barədə xəbər verib. 

Qeyd edək ki, bu reyslərin təxirə salınmasının səbəbi isə "Mariya" qasırğası ilə əlaqələndirilib. (trend)

19.09.2017 16:10 / Baxılıb: 48 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo