Moskvada daha 8 idarə təxliyə edilib

Moskvada səhər yenə həyəcanlı açılıb.

Paytaxt hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, Moskvada minalanmış obyektlər barədə anonim zəng alındıqdan sonra 8 idarənin əməkdaşları təxliyə edilib.

Məlumata görə, partlayıcı qurğuların Lyublino, Vnukovo, Basmannıy, Boqorodskoye, Kuzminki, Naqorniy, Solnsevo və Lefortovo rayon idarələrinə qoyulması barədə anonim zənglər qəbul olunub.

Qeyd olunur ki, anonim zənglərlə əlaqədar hər idarədən 50-250 adam təxliyə edilib. (trend)

19.09.2017 14:25 / Baxılıb: 49 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo