İrem Derici xəstəxanaya düşdü

Ləman Hüseynzadə / AZADİNFORM. Türkiyəli müğənni İrem Derici Acıbadem Fulya xəstəxanasının reanimasiya şöbəsində müalicəyə götürülüb.

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstəxananın baş həkimi Reha Baran sənətçinin vəziyyəti barədə açıqlama verib.

Onun sözlərinə görə, Dericinin müalicəsi hələ davam etməlidir: “Xəstəmiz İrem Derici qastroenterit və sidik yolu infeksiyası diaqnozları ilə nəzarətə alındı. Elektrolit balanssızlıq, bədənin ümumi su balansı pozğunluğu və tənəffüs çətinliyi səbəbi ilə reanimasiya şöbəsində müalicə alır. Xəstənin müalicəsi davam etməkdədir”.

19.09.2017 14:00 / Baxılıb: 116 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2017
    10.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo