Jizel baletinin tamaşası nümayiş olunacaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında sentyabrın 30-da Adolf Adanın “Jizel” baletinin tamaşası nümayiş olunacaq.

Opera və Balet Teatrının Mətbuat xidmətindən verilən məlumat görə, klassik opera və balet tamaşalarına adlı-sanlı vokal və balet ulduzlarını dəvət etməklə tamaşaçıları sevindirməyə çalışan Teatr bu mövsümdə də öz faydalı ənənəsinə sadiqdir.

Bu dəfə Bakı teatrının qonaqları ukraynalı sənətçilər - Tatyana Qolyakova və Sergey Dosenkodur. T.Qolyakova tamaşada Jizel partiyasını ifa edəcək. Tatyana Ukrayna Milli Operasının prima-balerinası, Ukraynanın xalq artistidir, bir sıra beynəlxalq balet müsabiqələrinin laureatıdır.

Onun tərəf-müqabili, qraf Albert partiyasını isə Odessa Opera və Balet Teatrının aparıcı solisti, Ukraynanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Sergey Dosenko ifa edəcək.

Tamaşada həmçinin balet truppasının solistləri Elmira Süleymanova, əməkdar artistlər Alsu Qimadiyeva və Makar Ferştandt çıxış edəcəklər.

Tamaşanın dirijoru xalq artsti, professor Cavanşir Cəfərovdur.(report)

15.09.2017 22:28 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo