Eldar Qasımov xeyriyyə aksiyalarında iştirak edəcək

"Eurovision” mahnı müsabiqəsinin qalibi, Avropada tanınmış azərbaycanlı müğənni Eldar Qasımov Qazaxıstanda keçiriləcək xeyriyyə tədbirində xüsusi qonaq qismində çıxış edəcək.

Bu məqsədlə müğənni oktyabrın əvvəlində Qazaxıstana səfər edəcək. 

E.Qasımov səfər çərçivəsində oktyabrın 2-də Qazaxıstanın Uralsk şəhərində keçiriləcək III xeyriyyə bal rəqsində qonaq olacaq. Müğənni bu gecədə yalnız qonaq kimi yox, həm də şəhərdə baş tutacaq bir çox xeyriyyə aksiyalarında iştirak edəcək.

Bu tədbir dəvət olunan ulduz qonaqların sayına görə əvvəlkilərini geridə qoyacaq. Təşkilatçılar bildirirlər ki, Uralyanı regionun və bəlkə də, bütün respublikanın mədəniyyət həyatında əsl furor yaradacaq. Tədbir üçün opera balı formatı seçilib.(report)

15.09.2017 21:18 / Baxılıb: 51 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo